San-Fransisko limanında dayanan gəminin heyət üzvləri arasında koronavirusa yoluxma faktı qeydə alınıb
San-Fransisko limanında dayanan gəmidə koronavirusa yoluxma faktı qeydə alınıb.
“Seanews.az”-ın məlumatına görə, 21 heyət üzvündən 19-u yeni növ koronavirusa yoluxub. 6 dənizçi xəstəxanaya yerləşdirilsə də, onların vəziyyətinin kritik olmadığı bildirilir.
Gəmi San-Fransiskoya Sakramentodan gəlib. Avqustun 31-dən doqquzuncu körpüdə lövbər salıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

