30 nəfər xilas olmaq üçün dənizə atılıb
Bu gün İndoneziya əyalətinin Maluku bölgəsində 32 heyət üzvünün olduğu “KM Hentri” gəmisinin göyərtəsində yanğın baş verib. 30 dənizçi xilas olmaq üçün dənizə atılmaq məcburiyyətində qalıb.
“Seanews.az”-ın məlumatına görə, balıqçı gəmisində 5 nəfər sağ-salamat tapılıb və 2 nəfər həlak olub. Daha 25 dənizçinin axtarışı davam edir. Güclü külək və yağış, hündürlüyü 6 metrə çatan dalğalarla müşayiət edilən pis hava şəraiti axtarış və xilasetmə işlərinə mane olur.
“KM Hentri” gəmisinin səfəri Cakartadan Papuaya imiş.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

