Hindistanda göyərtəsində 100 sərnişin olan iki gəmi batıb
Göyərtəsində təxminən 100 adamın olduğu iki gəmi, Hindistanın şimal-şərqində, Assam ştatındakı Brahmaputra çayında toqquşub və batıb, onlarla adam itkin düşüb.
“Seanews.az”, “En-di-ti-vi” telekanalına istinadən xəbər verir ki, Majuli adasından Nimati Qata gedən sərnişin gəmisi qarşıdan gələn gəmi ilə toqquşub.
Xilasetmə qrupları dərhal qəza yerinə tələsiblər. Aralarında körpələrin də olduğu 30-a yaxın sərnişin təcili xəstəxanalara çatdırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

