Bu il Finlandiyadakı bütün limanların ümumi konteyner dövriyyəsi 864,9 min TEU təşkil edib
2021-ci ilin 7 ayının nəticələrinə görə, Finlandiyadakı bütün limanların ümumi konteyner dövriyyəsi 864,9 min TEU təşkil edib. Bu da bir il əvvəlki göstəricidən 1,4% azdır.
Finlandiya konteyner limanları arasında lider olan “HaminaKotka” 2021-ci ilin 7 ayında 378,9 min TEU işləyib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% çoxdur.
Yükaşırma baxımından Finlandiyanın ikinci ən böyük limanı olan Helsinkidə, əksinə, konteyner dövriyyəsi 6,9% azalaraq 272,5 min TEU-ya enib. Hesabat dövründə Rauma limanında, 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 4.6% az, təxminən 125.8 min TEU işlənib.
Hanko limanı konteyner daşımalarını 7,1% artıraraq 45,9 min TEU-ya çatdırıb.
Oulu (mənfi 12,6% - 16,1 min TEU az), Tornio (mənfi 4,2% - 9,3 min TEU az ), Kemi (mənfi 15,9% - 6, 4 min TEU az), Kokkola (mənfi 21% - 5,8 min TEU az), Turku (mənfi 15,4 % -1.9 min TEU az), Pietarsaari (mənfi 47% -589 TEU az) və Pori (mənfi 36, 3% - 324 TEU az).
Eyni zamanda, Uysikapunki konteyner dövriyyəsini 45,3% artıraraq 1,1 min TEU-ya çatdırıb.

