"Lenin" buzqıran gəmi-muzeyində yanğın baş verib
Dünən saat 14:00-da dünyanın ilk atom buzqıranı kimi tarixə düşən və son illərdə muzey kimi fəaliyyət göstərən "Lenin" gəmisində yanğın qeydə alınıb.
“Seanews.az” xəbər verir ki, yanğın Murmansk dəniz limanında dayanan gəmidə təmir işləri zamanı baş verib. Buzqıranın aşağı göyərtəsindəki kayutu alov bürüdüyü barədə məlumat alan kimi, yanğınsöndürmə və xilasetmə bölmələri dərhal hadisə yerinə tələsiblər. Yanğın söndürülüb. Xəsarət alan yoxdur.
Murmansk Nəqliyyat Prokurorluğu buzqıran gəmidə yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasını yoxlayır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

