Bir səhv 3 dənizçinin ölümü ilə nəticələnib
Panama bayrağı altında üzən “SANG SHIN” avtomobildaşıyan gəmisində faciəli hadisə qeydə alınıb.
“Seanews.az”-ın məlumatına görə, Çinin Çjeszyan əyalətindəki “Changtu” tərsanəsində dayanan gəminin maşın şöbəsində axşam saatlarında karbon qazı sızması baş verib.
Fövqəladə hadisəyə, yanğınsöndürmə sisteminə baxış zamanı heyətin buraxdığı səhv səbəb olub.
Elə bu səhv də heyətə çox baha başa gəlib. 3 dənizçi dünyasını dəyişib, 2 nəfər isə xəstəxanada müalicə alır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

