“Hapag-Lloyd” konteyner və dəmiryolu terminallarının səhmlərini alıb
“Hapag-Lloyd” şirkəti, Vilhelmsxafendə Konteyner terminalı səhmlərinin 30%, Dəmiryolu terminalı səhmlərinin isə 50%-ni satın aldığını bildirib.
"Seanews.az" xəbər verir ki, qalan səhmlər terminal operatoru “Eurogate” qrupunun mülkiyyətində qalır.
Tərəflər satınalmanın dəyərini açıqlamamaq barədə razılığa gəliblər.
Müqavilənin müvafiq orqanlar tərəfindən təsdiqlənməsindən sonra bir neçə ay ərzində bağlanılması gözlənilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

