Gəmilərin gediş və geri dönüşü 28 gün çəkəcək
“Yang Ming”şirkəti noyabrın 2-də Şimal-Şərqi və Cənub-Şərqi Asiyadakı limanları birləşdirən yeni Koreya-Çin-Cənub-Şərqi Asiya ekspres xidmətini işə salacaq.
“Seanews.az” xəbər verir ki, gəmilər Pusan - Şanxay - Syamen - Sinqapur - Kelang limanı- Pasir-Qudang - Layem Çabanq - Şekou - Pusan xətti üzrə hərəkət edəcək. Gəmilərin gediş və geri dönüşü 28 gün çəkəcək.
Xidməti 2500-2800 TEU tutumlu konteynerdaşıyan gəmiləri ilə “Yang Ming”, “Ocean Network Express”, “Korea Marine Transport” və “SITC Container Lines” konsorsiumu təmin edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

