Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Sentyabrın əvvəlində saxlanılan “Rui Yang 8” yük gəmisi Naxodka limanını tərk edib

2022-ci il sentyabrın 7-də Naxodka limanında saxlanılan “Rui Yang 8” quru yük gəmisinin sahibi dövlət liman nəzarətinin tələblərinə əməl etdikdən -  iradları aradan qaldırdıqdan sonra gəmi Rusiya limanını tərk edə bilib.

“Seanews.az”ın məlumatına görə,  gəminin yan alacağı növbəti yükaşırma müəssisəsi  Cənubi Koreyanın limanlarından biri olacaq.

Xatırladaq ki, “Rui Yang 8”-ə (Beliz bayrağı) gəmisinə baş çəkən Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının Rusiya Dənizçilər İttifaqı Uzaq Şərq Regional Təşkilatının nümayəndələri gəmidə bir sıra ciddi pozuntuların olduğunu müəyyən etmişdilər.

Belə ki, qeydiyyata görə gəmi Panamanın “Jiaxing Ruiyang Logistics Co” şirkətinə məxsusdur, faktiki isə gəminin sahibi və operatoru Sinqapurda yerləşən “Nep International Shipping Pte” şirkətidir. “Rui Yang 8” quru yük gəmisinin bütün heyəti vyetnamlı dənizçilərdən ibarətdir və gəmidə heyətin Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının kollektiv müqaviləsi və sığorta şəhadətnaməsi olmayıb. Kapitana bildirilmişdi ki, bütün iradlar aradan qaldırılana qədər quru yük gəmisi limanda qalacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır