Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Aİ Qvineya körfəzindəki mövcudluğunu 2024-cü ilə qədər uzadıb

Avropa İttifaqı Qvineya körfəzində hərbi-dəniz qüvvələrinin qalma müddətini 2024-cü ilin fevralınadək uzadıb.

“Seanews.az”ın məlumatına görə,  Fransanın Nigeriyadakı səfiri Emmanuel Blatman bildirib ki, bu, ECOWAS-a (Qərbi Afrika ölkələri İqtisadi Birliyi) antipirat mexanizmini gücləndirməyə və Qvineya körfəzindəki ticarət gəmilərinə quldur hücumlarının qarşısını almağa imkan verəcək.

Fransanın Laqosdakı baş konsulu Lorens Monmayran Laqosda keçirilən 7-ci Beynəlxalq Dəniz Həftəsində çıxışı zamanı xüsusi vurğulayıb ki, Dənizdə Koordinasiyalı İştirak proqramının müddətinin uzadılması qərarını onun ilkin icrası zamanı əldə edilən uğurlar, daha doğrusu Qvineya körfəzindəki ticarət gəmilərinə pirat hücumlarının 80% azaldılması diktə edib.

Bundan əlavə, onun fikrincə, ECOWAS-ın tətbiq edəcəyi mexanizm cinayətkarların dənizdə saxlanmasını, bütün hüquqi prosesi və hökmün icrasını - həbsi əhatə etməlidir.

Rusiya Dənizçilərin Həmkarlar İttifaqı qeyd edir ki, həm texniki cəhətdən təkmil, həm də iqtisadi cəhətdən sərfəli yeni modellərin tətbiqi yalnız dəniz yollarının mühafizəsi ilə həyata keçirilə bilər. “Bu marşrutlar dənizçilərin və yüklərin təhlükəsiz olması lazım olan geniş əraziləri əhatə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır