Sinqapur sahillərində üzən tankerdə yanğın baş verib - VİDEO
Cənubi Çin dənizində, Sinqapur sahillərində “Pablo” adlı aframax tipli xam neft tankerində yanğın baş verib.
“Seanews.az” xəbər verir ki, hadisə zamanı gəmidə 28 nəfər heyət üzvü olub. Onlardan 25-i yaxınlıqdakı gəmilərin köməkliyi ilə xilas edilib, 3 nəfər isə itkin düşüb.
Yanğının baş vermə səbəbi barədə məlumat yoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır