“Akhisar” dəniz patrul gəmisinin inşası davam edir
“Öz sinfinin ilk gəmisi olan “Akhisar” dəniz patrul gəmisinin konstruktiv olaraq 70%-i tamamlanıb”.
Ordu.az xəbər verir ki, bunu Türkiyənin ASFAT şirkətinin dəniz proqramları direktoru Emre Koray Gençsoy deyib.
O qeyd edib ki, "Açıq Dəniz Patrul Gəmisi" layihəsinin ilk gəmisi “Akhisar”ın ümumi avadanlıq ağırlığının 70%-i xizək (gəminin suya endirilməsi üçün hazırlanan avandanlıq – red.) üzərində oturub.
Gençsoy həmçinin bildirib ki, gəmidə əsas elektrik kabellərinin əksəriyyəti tamamlanıb və son birləşdirmələr aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır