Çinə məxsus gəmi batıb, heyət üzvlərinin hamısı itkin düşüb
Çinin “Penglaiyingyu Co”.Ltd” şirkətinə məxsus “Lupenglaiyuanyu 8” balıqçı gəmisi Hind okeanının mərkəzində batıb.
"Seanews.az" xəbər verir ki, hadisə nəticəsində 39 nəfər heyət üzvünün hamısı itkin düşüb. Onlardan 17-si Çin, 17-si İndoneziya, 5-i Filippin vətəndaşı olub.
Hazırda itkin düşənlərin axtarışları aparılır.
Qəzanın səbəbi barədə məlumat yoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır