Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Çin operatoru əlavə tankerlər və qaz daşıyıcıları tikəcək

Çinin “China Merchants Group”-un tanker operatoru olan “China Merchants Energy Shipping” (“CMES”) əlavə “Aframax” tipli tankerlər və LNG daşıyıcıları tikməyi planlaşdırır.

“Seanews.az” xəbər verir ki, bu barədə şirkətin direktorlar şurası qərar verib.

 “CMES”-in yaxın vaxtlarda metanolla işləyə biləcək iki ekoloji cəhətdən təmiz “Aframax”, eləcə də tutumu 175 min kubmetr olan iki qaz daşıyıcısı üçün müqavilə imzalayacağı gözlənilir.

“CMES” şirkəti qeyd edir ki, əlavə gəmilər üçün sifarişlər enerji sektorunda artan ehtiyaclarla bağlıdır.

Gəmiləri kimin inşa edəcəyi hələ müəyyən edilməyib, lakin bəzi mənbələrə görə, Çin Dövlət Gəmiqayırma Korporasiyasına daxil olan “Dalian Shipbuilding” Gəmiqayırma Şirkəti (“DSIC”) tenderin qalibi ola bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır