Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Koreya tərsanələri mütəxəssis axtarır

Cənubi Koreya tərsanələri ciddi işçi çatışmazlığı ilə üzləşib. 2026-cı ilə qədər işlə tam yüklənən gəmiqayırma şirkətləri kənardan mütəxəssis axtarmağa məcbur olub.

“Seanews.az”-ın məlumatına görə, Koreya işçi qüvvəsi üçün dənizə çıxışı olmayan Nepala üz tutub. Gəmiqayırma zavodları Cənubi Koreyada iş axtaran 3000 nepallı arasında işçi tapmağa ümid edir.

Deyilənə görə, hazırda Koreyanın gəmiqayırma sənayesində 10 minə yaxın mütəxəssis çatışmır. Səlahiyyətlilər kadr boşluğunu doldurmaq və müqavilələrdə nəzərdə tutulmuş gəmilərin təhvil verilməsi vaxtlarına əməl etmək üçün daha çox əcnəbi cəlb etməyə çalışırlar. Bu məqsədlə Cənubi Koreya hökuməti xarici vətəndaşların ölkəyə giriş qaydalarını dəyişib. Gəmiqayırma zavodları ilk növbədə indoneziyalılar, filippinlilər, vyetnamlılara, Tayland və Şri-Lanka vətəndaşlarına hesablanıb.

Qeyd edək ki, cari ilin fevral ayında Cənubi Koreya hökuməti ölkənin gəmiqayırma zavodlarına əlavə olaraq 2000-dən çox xarici mütəxəssis cəlb edə  bilmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır