Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

“OOCL” gəmiçilik şirkətinin yeni gəmisi "OOCL Türkiyə" adı ilə səfərlərə çıxacaq

“OOCL” gəmiçilik şirkəti  24 188 TEU konteyner gəmisini təhvil alıb.

“Seanews.az”-ın məlumatına görə, konteyner gəmisi "OOCL Türkiyə" adlandırılıb. Bu, Çinin “Nantong COSCO KHI Ship Engineering” (“NACKS”) və “Dalian COSCO KHI Ship Engineering” (“DACKS”) tərsanələrinə 2020-ci ildə sifariş edilmiş 12 gəmidən üçüncü 24 000 TEU-luq gəmidir.

"OOCL Türkiyə", eləcə də eyni seriyadan olan "OOCL Spain" və "OOCL Piraeus" konteyner gəmiləri Asiya-Avropa dəniz ticarətinə cəlb ediləcək. Şanxaydan səfərə çıxacaq  gəminin Syamen - Nanşa - Honkonq - Yantyan - Cay Mep - Sinqapur - Pirey - Hamburq - Rotterdam - Zeebrugge - Valensiya - Pirey - Abu Dabi - Sinqapur – Şanxay xətti üzrə gediş-gəlişi üçün 84 gün nəzərdə tutulub.

Xatırladaq ki, “OOCL” gəmiçilik şirkəti 24188 TEU tutumlu ikinci konteyner gəmisi – “OOCL Piraeus”u ötən həftə istismara qəbul etmişdi. Seriyanın ilki - "OOCL Spain" konteynerdaşıyanı isə bu il fevralın ortalarında daşıyıcıya təqdim edilmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır