Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

30-a yaxın müxtəlif tonajlı gəminin tikintisi nəzərdə tutulur

Balıqçılıq üzrə Federal Agentliyin rəhbəri İlya Şestakovbrifinqində investisiya kvotalarının ikinci mərhələsinin həyata keçirilməsindən danışıb.

Bu barədə  “Seanews.az” “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə istinadən xəbər verir.

“İnvestisiya kvotaları və xərçəngkimilər hərracları proqramının ikinci mərhələsi çərçivəsində Uzaq Şərqdə 8 iri balıq emalı zavodunun, 30-a yaxın müxtəlif tonajlı gəminin tikintisi nəzərdə tutulur”, - deyə qurumun rəhbəri bildirib.

Soyuducu gəmilərin tikintisinin stimullaşdırılması, balıqçılıq limanlarında infrastrukturun inkişafı, o cümlədən balıq məhsullarının saxlanması üçün soyuducu tutumların artırılması planlaşdırılır.

Daha əvvəl bildirmişdi ki, Uzaq Şərq hövzəsində investisiya kvotalarının ikinci mərhələsinin həyata keçirilməsinin nəticələrinə əsasən, donanma qabiliyyəti 80% səviyyəsinə yüksəldiləcək.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır