Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

İlk hidrogen gəmisi İsveçrənin Luzern gölündə istismar ediləcək

İsveçrənin “Axpo” bərpa olunan enerji şirkəti ölkənin mərkəzində ilk yaşıl hidrogen istehsalı zavodunu tikən “H2Uri AG”-nin səhmdarı olub. Bu zavodda istehsal olunan hidrogen “Lake Lucerne Navigation Company”-nin (“SGV”) ilk hidrogen sərnişin gəmisində istifadə olunacaq.

“Seanews.az” xəbər verir ki, gəmi 2025-ci ilin payızından Luzern gölündə istismar ediləcək. Layihə İsveçrə Federal Nəqliyyat İdarəsitərəfindən dəstəklənir.

2025-ci ildə Bürglendə hidrogen istehsalına başlamaq məqsədi ilə bu layihədə “Axpo” və “SGV”-dən başqa, “EWA-energieUri” və “AVIA Schätzle” şirkətləri də iştirak edir. Artıq hidrogen istehsalı zavodunda hazırlıq işlərinə başlanılıb. Quraşdırılacaq “EWA-energie Uri” ildə 260 tona qədər yaşıl hidrogen istehsal edəcək və “2 MVt” gücündə olacaq.

“SGV”-yə məxsus “MS Saphir” gəmisinin layihəsi və yenidən təchiz edilməsi üçün İsveçrənin “Shiptec AG” gəmiqayırma şirkəti seçilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır