Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Yeni sualtı qayıqları “Hanwha Ocean” inşa edəcək

Cənubi Koreyanın Müdafiə Satınalması Proqramı Təşkilatı yerli gəmi istehsalçısı “Hanwha Ocean”-a üstünlük verib.  

“Seanews.az”  xəbər verir ki, “Hyundai Heavy Industries”-in əvəzinə “Hanwha Ocean” seçilib. Bu qərar o deməkdir ki, “Hanwha Ocean” (əvvəllər “Daewoo Shipbuilding and Marine Engineering”, “DSME”) ikinci nəsil (Batch-II) sualtı qayıqlarını inşa edəcək.

Birinci partiyanın ilk iki sualtı qayığı “DSME” və “Hyundai Heavy Industries” tərəfindən tikilib.

İkinci partiyanın aparıcı sualtı gəmisi olan “KSS-III”-in 2025-ci ildə suya buraxılması, 2027-ci ildə Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi planlaşdırılır.

İkinci nəsil “KSS-III” dizel-elektrik sualtı qayıqları 4000 tona qədər yükgötürmə qabiliyyəti ilə fərqlənir. Onların uzunluğu 89,4 metr, eni 9,7 metr, suya oturumu 7,6 metrdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır