Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Gəmiqayırma sənayesi tarixi minimuma enib

Koronavirus pandemiyası fonunda yeni gəmilərin qlobal inşası tarixi minimuma enib.

"Seanews.az" xəbər verir ki, cari ilin yanvar-iyun aylarında qlobal gəmiqayırma sifarişlərinin portfeli 269 gəmi  təşkil edib. Bu da 2019-cu il ilə müqayisədə 42% azalma deməkdir.

2020-ci ilin birinci yarısında Çin gəmiqayırma zavodları 145 gəminin inşası üçün sifarişlər alıblar. Bu rəqəm dünya gəmiqayırma sifarişinin 61%-ni təşkil edir. İkinci yerdə Cənubi Koreya gəmiqayırma zavodlarıdır. Onların yanvar-iyun ayları ərzində 37 gəminin inşası üçün sifarişlər alıblar. Üçüncü yerdə 36 gəmi inşası sifarişi ilə Yaponiya gəmiqayırma zavodlarıdır.

İyun ayında qlobal gəmiqayırma zavodları 30 gəminin inşası üçün sifariş götürüblər. Bu rəqəm cari ilin may ayından 26% çox, ötən ilin göstəricilərindən isə 51% azdır.

Çin gəmiqayırma zavodları iyun ayında 16 gəminin, Koreya gəmiqayırma zavodları isə 4 gəminin inşası üçün sifariş götürüblər.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır