"Titanik"in dağıntıları ətrafında mübahisələr böyüyür
RMS Titanic Inc şirkəti batmış “Titanik” gəmisini hissələrə bölərək içərisindəki teleqraf ötürücüsünü götürmək niyyətində olduğunu açıqlayıb.
“Seanews.az” xəbər verir ki, bəzi mütəxəssislər şirkətin bu qərarına qarşı çıxıblar.
Mütəxəssislər hesab edirlər ki, gəmidə hələ də cəsədlər var və “Titanik”in hissələrə bölünməsi onlara ziyan vura bilər. Bu səbəbdən dağıntılara arxeoloji bir məzarlıq kimi hörmətlə yanaşılmalıdır.
Qeyd edək ki, sözügedən teleqraf ötürücüsündən 1912-ci ilin 15 aprelində digər gəmilərə S.O.S siqnalı göndərilib.
"Titanik" gəmisinin qəzaya uğraması nəticəsində 1500-dən çox insan həyatını itirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır