"Yangzijiang Shipbuilding"10 konteyner gəmisinin tikintisinə dair sifariş alıb
Çinə məxsus gəmi tərsanəsi “Yangzijiang Shipbuilding” Yaponiyaya aid gəmiçilik şirkəti ilə 10 ədəd 3.500 TEU yükgötürmə qabiliyyətinə malik gəminin inşasına dair sözləşmə imzalayıb.
“Seanews.az” xəbər verir ki, gəmilərin inşasının ümumi dəyəri 396 milyon dollar olacaq.
Üzən vasitələr 2022-ci ilin noyabrından təslim ediləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır