Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

ASCO-nun gəmiləri mütəmadi dezinfeksiya edilir

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Qarabağ”, “Akademik Topçubaşov”, “Mecik 1”, “Barja 120”, “Şamaxı”, “Ulduz”, “Cənub 21”, “Ağdere 7”, “Çalqan 6”, “Akademik Zərifə Əliyeva”, “Sabit Orucov”, “Süleyman Vəzirov”, “PSK-33”, “PSK-31”, “Hövsan-5” gəmilərində, 639 saylı üzən emalatxanada, Xəzər Dəniz Neft Donanmasının və Dəniz Nəqliyyatı Donanmasının yeməkxanalarında, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda, Təlim Tədris Mərkəzində aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır