Krasnoyarsk diyarı üçün iki sərnişin gəmisinin tikintisi ilə bağlı müqavilə imzalanıb
Sredne-Nevskiy gəmiqayırma zavodu və Dövlət Nəqliyyatı Lizinq şirkəti Krasnoyarsk diyarı üçün iki ədəd A45-90.2 layihəli sərnişin gəmisinin tikintisi ilə bağlı müqavilə imzalayıb.
"Seanews.az" xəbər verir ki, gəmilər Yenisey çayındakı sosial əhəmiyyətə malik Krasnoyarsk - Dudinka - Krasnoyarsk marşrutu üzrə işləyəcəklər.
Layihəyə görə, gəmilərdə sərnişinlər üçün tək korpuslu üç göyərtə, gəzinti göyərtəsi, idarəetmə körpüsü, üç vallı dizel qurğusu olacaq. Bu tipli gəmilərinin sərnişin tutumu 245 nəfərə qədərdir. Gəmilər qənaətliliyi, təhlükəsizliyi və bütün standartlara cavab verən xüsusi rahatlığı ilə seçilir.
Gəmidə restoran, bar, sauna, idman kompleksi, iş ofisi və saxlama kameraları olacaq. Burada əlillərin rahatlığı üçün də şərait yaradılıb. Bu gəmi xüsusi enmə və düşmə quğusu olmayan sahillərdən, sərnişinləri götürmə və düşürmə qabiliyyətinə malikdir.
Müqaviləyə əsasən, gəmilər 2023-2024-cü illərdə təhvil verilməlidir.
A45-90.2 layihəli sərnişin gəmilərinin inşası Sredne-Nevskiy Gəmiqayırma zavodunun götürdüyü ən böyük sifarişdir.