Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Bir sıra limanlarda məhdudiyyətlər tətbiq edilib

Beynəlxalq Brokerlər və Agentlər Assosiasiyaları Federasiyası (FONASBA) ayrı-ayrı ölkələrin limanlarında koronavirusun yayılmasına qarşı görülən tədbirlər barədə yeni məlumat yayıb.

Əlcəzairdə bütün limanlar ixrac və idxal üçün açıqdır, lakin tətbiq olunan komendant saatı səbəbindən gecələr fəaliyyət göstərmir. Amma Jen-Jendəki limanlar və Əlcəzairdəki DPW konteyner terminalı məhdudiyyətsiz işləyir. Bundan əlavə, gecələr Əlcəzairdə və Oranda taxıl daşıyıcıları ilə yükləmə qurğularının, Arzevdə isə gəmi tankerləri və qaz daşıyıcılarının fəaliyyətinə icazə verilir.

Jen-Jen, Bejaya və Əlcəzairdə gəminin sahibi və ya operatoru hesabına gəmilərin məcburi dezinfeksiyası həyata keçirilir. Fövqəladə vəziyyət halları (xəstəlik, digər ciddi problemlər) istisna olmaqla, eniş qadağan edilib. Heyətin dəyişdirilməsi isə tamamilə qadağandır.

Braziliyada qeyri-vətəndaşlar üçün 15 apreldən 30 gün müddətinə sahilə eniş qadağan edilib.

Almaniyada bütün limanlar fəaliyyət göstərir və əməliyyatlara məhdudiyyət qoyulmayıb. Kil kanalı ilə tranzit normal qaydada aparılır. Almaniya vətəndaşları istisna olmaqla, sahilə eniş qadağan edilib. Gəmini tərk edən dənizçilərin evlərinə qayıtması şərtilə heyət dəyişikliyinə icazə verilir. Bu halda Avropa Birliyinin vətəndaşı olmayan şəxslər üçün üstlərində təsdiqlənmiş aviabiletlərin olması tələb olunur. Avropa Birliyinin üzvü olmayan vətəndaşların, o cümlədən dənizçilərin Almaniyaya girişinə icazə verilmir və giriş vizaları verilmir.

Polşada losmanın nəzarəti ilə gücləndirilmiş təhlükəsizlik tədbirləri təşkil edilib. Ara məsafəsi saxlamaq, körpüdə yad şəxlarin olmaması, əl ilə görüşmək, tibbi maskadan istifadə etmək, körpüdəki qurğuların, səthlərin dezinfeksiyası kimi bir sıra addımlar atılıb.

15 apreldən Danimarkada karantin rejimi tədricən yumşalmağa başlayıb. Aprelin 20-dən gəmi brokerləri və liman operatorları işə başlayıb. Hazırda bağlı qalan sərhədlərin açılması mayın 10-na planlaşdırılır. Limanların, gəmilərin və gömrüyün fəaliyyətində heç bir məhdudiyyət yoxdur, yüklərin daşınması icra olunur. Heyət dəyişikliyinə aprelin 20-dən icazə verilib. Gəmilər dayanacaqda olan zaman sahilə enmə qadağandır. Bərə marşrutları əsasən yük daşımaları üçün fəaliyyət göstərir. Lakin ciddi səbəb yaranarsa, sərnişinlər bərədən istifadə edə bilərlər. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır