Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-20,
Seanews
Heyder Eliyev

Koronavirus dünya dənizçilərinin növbə dəyişməsində çətinliklər yaratmaqda davam edir

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra ölkələrin sərt məhdudiyyətlər tətbiq etməsi qlobal dənizçilik sənayesində heyət dəyişikliyində çətinliklər yaradıb.

“Seanews.az” bu barədə xarici KİV-lərə istinadən xəbər verir. 

Malayziyada infeksiyaya yoluxanların sayının kəskin artması səbəbindən burada sərt karantin müddəti iyun ayının 7-nə qədər uzadılıb. Bu müddət ərzində sahilə yalnız Malayziya vətəndaşları enə bilər. Digər ölkələrin vətəndaşları üçün sahilə enmək və ya heyət dəyişikliyi qadağan edilib. 

Bundan əlavə, Hindistana məxsus gəmilərin ölkə ərazisindəki limanlara yan almağı da tam məhdudlaşdırılıb. Tətbiq edilmiş məhdudiyyətlər liman əməkdaşlarına da şamil edilib. Belə ki, yalnız icazə verilmiş şəxslər gəmiyə daxil ola və yükləmə əməliyyatlarında iştirak edə bilərlər. Bu şəxslərə heyətlə kontakta girmək qadağan olunub.

Mavritaniyada da eyni məhdudiyyətlər tətbiq olunub. Ölkə ərazisində sərt karantin rejimi mayın 31-nə qədər qüvvədədir. Dənizçilər üçün tətbiq edilmiş məhdudiyyətlərin müddəti barədə isə məlumat verilməyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır