Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-20,
Seanews
Heyder Eliyev

Dəniz quldurları balıqçı gəmisinə hücum ediblər

“Atlantic Princess” adlı balıqçı gəmisi dəniz quldurlarının hücumuna məruz qalıb.

“Seanews.az” xəbər verir ki, quldurlar hücum zamanı beş nəfər dənizçini girov götürüblər.

Məlumata görə, girov götürülmüş dənizçilər Rusiya və Koreya vətəndaşlarıdır.

Gəmi Qvineya körfəzində üzən zaman heyət, quldurların qayıqla gəmiyə yaxınlaşdığını görüb. Heyətin xəbərdarlıq atəşi açmasına baxmayaraq quldurlar gəmiyə daxil olublar.

Girov götürülmüş dənizçilər barədə məlumat hələ ki açıqlanmayıb. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır