Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-28,
Seanews
Heyder Eliyev

Bir dokerin “COVID-19” testi müsbət çıxdığı üçün nəhəng Ningbo limanı gəmiləri qəbul etmir

Avqustun 1-dən etibarən Çinin nəhəng Ningbo limanında konteyner terminallarından birində əməliyyatlar dayandırılıb.

“Seanews.az” “Splash”-a istinadən xəbər verir ki, dokerlərdən birinin “COVID-19” testi müsbət çıxdığı üçün liman gəmiləri qəbul etmir. Yoluxmuş şəxs “Ningbo Meidong” konteyner terminalında işləyir və yataqxanada yaşayırdı.

Xatırladaq ki, Çinin Yantian limanı üç həftə ərzində koronavirusun yayılması səbəbindən qismən bağlanmışdı. Bu, konteyner gəmilərinin yönləndirildiyi qonşu limanlarda tıxaclara, konteyner avadanlıqlarının çatışmazlığına və ümumi tutumu 600 min TEU olan konteynerlərin yüklənməsi və boşaldılmasında problemlərə səbəb oldu.

Yeni “COVID-19” hadisəsi Çini yenidən məhdudiyyətlər tətbiq etməyə məcbur edib. Çin limanlarının əksəriyyəti bütün heyət üçün virusa görə testdən keçməyi tələb edir və mənfi nəticələr təsdiqlənənə qədər gəmilər lövbərdə gözləməlidirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır