Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-27,
Seanews
Heyder Eliyev

Yaponiyada quru yük gəmisi saya oturandan sonra iki yerə bölünüb

Cümə axşamı gecəsi  Yaponiyanın Aomori prefekturasının sahillərində 44 min ton meşə materialı ilə Taylanda istiqamət götürən “Crimson Polaris” quru yük gəmisi fırtınaya düşüb. 

"Seanews.az" xəbər verir ki, gəmi saya oturduqdan sonra iki yerə bölünüb.

Yaponiya Sahil Mühafizə Xidməti aralarında Filippin və Çin vətəndaşlarının da olduğu bütün heyəti təhlükəsiz şəkildə təxliyə edib. Qəza həm də yanacaq sızması ilə nəticələnib.

Hazırda quru yük gəmisinin qopan bir hissəsi tədricən sahildən uzaqlaşır. Bu da digər gəmilərlə toqquşma təhlükəsi yaradır.

Yaponiya Baş Nazirinin ofisində qəza ilə bağlı bütün məlumatları toplamaq və təhlil etmək üçün böhran qərargahı yaradılmışdır.

2008-ci ildə inşa edilən gəminin uzunluğu 200 metr, eni 32 metrdir. 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır