Filippində göyərtəsində 120 sərnişin olan bərədə yanğın baş verib
Filippində sərnişin və yük daşıyan “Esperanza Star” bərəsi yanıb.
"Seanews.az" xəbər verir ki, hadisə Bohol əyalətinin Taqbilaran limanında baş verib. Bərə “KHO Shipping Lines” tərəfindən idarə olunur.
Yanğın söndürülüb. Gəmidə olan 120 nəfərin hamısı təxliyə edilib. Onların 55 nəfəri heyət üzvü və 65 nəfər sərnişin olub.
Yanğının baş vermə səbəbləri araşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır