Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Stokholmda ilk pilotsuz bərə istismara verilib

Norveçin “Torghatten” şirkəti Stokholmdakı Kungsholmen və Södermalm körpüləri arasında avtonom “MF Estelle” gəmi-bərəsini istismara verib. Səfərin qiyməti 35 SEK-dir (İsveç kronu).

“Seanews.az” xəbər verir ki, səfər altı dəqiqə çəkir. Uzunmüddətli perspektivdə İsveçin paytaxtında daha çox dayanacaqlar ola bilər.

Kapitan gəmini səfərdə müşayiət edir. Bu, ölkənin qanunları ilə bağlıdır. “Dagens Nyheter” nəşri İsveç Nəqliyyat Agentliyinin gəmi müfəttişi Martin Bloma istinadən bildirir ki, İsveçdə avtonom sərnişin daşımalarına icazə verilənə qədər dəniz qanunlarına düzəlişlər etmək yəqin ki, bir neçə il çəkəcək.

Bərə süni intellekt tərəfindən idarə olunur. Məlumatlar sensorlardan gəlir.

200 kVt/saat elektrik mühərriki ilə işləyən akkumulyatorlar üzmə və dayanma zamanı gəminin damındakı günəş panellərindən doldurula bilər. Sahildəki stansiyalarından tam doldurma üçün istifadə olunur.

Pilotsuz “Estelle”nin uzunluğu 10 metrdir və eyni vaxtda 30-a qədər insanı daşıyır. Bərənin qiyməti 1,5 milyon avrodur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır