Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Hindistan ABŞ-ın hərbi gəmilərini təmir edəcək

ABŞ Hərbi Dəniz Qüvvələri Hindistandakı “Larsen və Toubro” gəmiqayırma zavodu ilə gəmilərini təmir etmək üçün müqavilə bağlayıb.

"Kommersant" xəbər verir ki, Ağ Evdən bildiriblər ki, daha iki gəmiqayırma zavodu ilə oxşar sazişlər üzərində işlər də yekunlaşmaq üzrədir.

“ABŞ Hərbi Dəniz Qüvvələri Kottapulidəki (Çennai) “Larsen və Toubro” gəmiqayırma zavodu ilə gəminin əsaslı təmiri müqaviləsi (MSRA) bağlayıb və “Mazagon Dock Limited” (Mumbay) və “Goa Shipyard” (Qoa) ilə müqavilələri yekunlaşdırır. Bu müqavilələr ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə Hindistan gəmiqayırma zavodlarında texniki xidmət və təmirdən keçməyə imkan verəcək ki, bu da ABŞ-ın müxtəlif müharibə meydanlarında hərbi əməliyyatlarını iqtisadi cəhətdən dəstəkləməyə kömək edəcək.

Ağ Evin bəyanatında həmçinin qeyd edilir ki, Vaşinqton və Yeni Dehli sualtı məlumatlandırma sahəsində əməkdaşlığı gücləndirmək qərarına gəliblər. Bundan əlavə, Amerika və Hindistan tərəfləri müdafiə sahəsində, xüsusən də Hindistanda F414 reaktiv mühərrikinin birgə istehsalına dair digər razılaşmalar da imzalayıblar. Hindistan həmçinin Amerikanın MQ-9B SeaGuardian pilotsuz təyyarələrini almağı planlaşdırır.

Uzun illərdir ki, Hindistan silahlarının böyük hissəsini Rusiyadan alır. ABŞ Müdafiə Nazirliyi qeyd edib ki, son 20 ildə Vaşinqton və Yeni Dehli müdafiə sənayesi sahəsində ticarət aparmayıb.

İyunun 20-də Hindistanın Baş naziri Narendra Modi ABŞ-a rəsmi səfərdə olub. Səfər zamanı o, ABŞ prezidenti Co Bayden, vitse-prezident Kamala Harris və dövlət katibi Entoni Blinkenlə görüşüb. Görüşlər zamanı xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlıq üçün yol xəritəsi müzakirə olunub.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır