Yeni tikilən desant gəmisi yanıb
ABŞ-da tikilməkdə olan “Bougainville” desant gəmisi yanıb.
“DefenseNews” xəbər verir ki, gəmi “Ingalls Shipbuilding” tərsanəsindədir.
Yanğın üst tikilidə baş verib və zavodun bir neçə əməkdaşı tüstüdən zəhərlənib.
İlkin məlumata görə, yanğın qaynaq işləri zamanı təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən baş verib.
Yanğın söndürülüb və hazırda yanğının səbəbləri araşdırılır.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır