Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

İyunda rekord sayda konteyner gəmisi istismara verilib

Cari ilin ilk altı ayı ərzində dünyada ümumi tutumu 975,3 min TEU olan 148 yeni konteyner gəmisi inşa edilib. İyun ayında isə dünyada ümumi tutumu rekord həcmdə -  277,9 min TEU olan konteyner gəmiləri istismara verilib.

“Splash” “Linerlytica” analitik agentliyinə istinadən xəbər verir ki, ilin ikinci yarısında daha 1,2 milyon TEU-nun istismara verilməsi planlaşdırılır.

2023-cü ilin sonuna qədər ümumi tutumu 2,2 milyon TEU olan yeni konteyner gəmiləri dünya donanmasına qoşulacaq ki, bu da 2015-ci ildə qeydə alınan rekordu üstələyəcək. Onda ümumi gücü 1,7 milyon TEU olan yeni gəmilər istifadəyə verilmişdi.

“Alphaliner” agentliyi isə bu ilki rekordun gələn il təzələnəcəyini proqnozlaşdırır. 2024-cü ildə ümumi tutumu təxminən 3 milyon TEU olan 391 konteyner gəmisinin dünya donanmasına qoşulacağı gözlənilir.

“Son üç il ərzində rekord sayda konteyner gəmisi sifariş edilib. Və bu gün sifariş kitabçası 8 milyon TEU-ya çatıb”, - nəşr yazır.

2025-ci ilin sonunadək dünya konteyner donanmasının ümumi tutumu 30 milyon TEU-ya çatacaq ki, bu da indikindən 15% çoxdur. 2017-ci ildə 20 milyon TEU həddi aşıldı.

Eyni zamanda, bu ilin birinci yarısında ümumi tutumu təxminən 84,7 min TEU olan 47 konteyner gəmisi doğranmaya göndərilib.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır