“MSC” konteyner gəmiləri alır
“MSC” gəmiçilik şirkəti Koreyanın “Hyundai Heavy Industries” tərsanəsində inşa edilən iki “Sinokor” konteyner gəmisini alıb.
“Splash” xəbər verir ki, gəmilərin tutumu 8 min TEU-dur. “MSC” hər gəmi üçün 100 milyon dollar ödəyib.
Konteyner gəmilərinin çatdırılması 2024-cü ilin birinci yarısına nəzərdə tutulub.
Alınan konteyner gəmiləri “Sinokor”-un 2022-ci ilin martında hər birini 98 milyon dollara sifariş etdiyi altı gəmidən ibarət seriyadandır.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır