Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Uzunluğu 400 metr olan konteyner gəmisi "MSC Michel Cappellini" adlandırılıb

“MSC” gəmiçilik şirkəti Bremerhavendəki “MSC Gate” terminalında meqa-konteyner gəmisinə adqoyma mərasimi keçirib.

Uzunluğu 400 metr, eni 61,5 metr və tutumu 24346 TEU olan gəmi "MSC Michel Cappellini" adlandırılıb.

“MSC”-nin baş direktoru Soren Toft giriş nitqində Bremerhavenin Avropanın nəqliyyat qovşağı kimi əhəmiyyətini vurğulayıb: “Bremen limanları Almaniya və Şimal-Qərbi Avropada bizim üçün çox vacib mərkəzdir. Bu, 370-dən çox həmkarımızın çalışdığı “MSC” üçün həqiqətən də strateji yerdir. Bu, 2015-ci ildən bəri “MSC” gəmisinə üçüncü və Bremerhavendə isə ikinci adqoyma mərasimidir. Buna görə də Almaniyadakı müştərilərimizlə birlikdə böyüməyə davam etməyimiz təəccüblü deyil”.

Mərasimdən əvvəl “MSC” şirkəti Bremen və Hamburq şəhərləri və Bremerhaven və Hamburq limanları ilə anlaşma memorandumu imzalayıb. Razılığa əsasən konteyner xəttinin gəmiləri bu şəhərlərin limanlarında sahil enerjisindən istifadə edəcəklər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır