Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Ammonyakla işləyən gəmi mühərrikləri 2025-ci ildə təhvil veriləcək

İsveçrənin mühərrik istehsalçısı “WinGD” 2025-ci ilin birinci rübünə qədər ammonyakla işləyəcək “X-DF-A” iki yanacaqlı mühərrikləri istehsal etməyi planlaşdırır.

“X-DF-A” iki yanacaqlı mühərriklərlə təchiz ediləcək ilk gəmilər 2026-cı ildə istismara veriləcək.

Bu ilin iyun ayında “WinGD” tanker operatoru “AET Tankers” və “Akademi Laut Malaysia” törəmə şirkəti ilə ammonyak mühərriki heyətinin təlim proqramını hazırlamaq üçün müqavilə imzalayıb. Yanvarın əvvəlində şirkət Belçika gəmi sahibi “CMB”-nin törəmə şirkəti olan “CMB Tech” ilə 210 000 dwt gücündə 10 yük daşıyıcısına ammonyakla işləyən mühərriklər hazırlamaq üçün tərəfdaşlıq niyyətini açıqlamışdı.

“WinGD” mühərriklərin hazırlanmasında Çin, Yaponiya və Cənubi Koreyanın mühərrik və gəmiqayırma şirkətləri ilə, xüsusən “Mitsubishi Shipbuilding” və “Hyundai Heavy Industries” ilə əməkdaşlıq edir.

Qeyd edək ki, Çin Gəmiqayırma Enerjisi İnstitutu ilə əməkdaşlıq çərçivəsində “X-DF-A” mühərrikinin sınaqlarına başlanılacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır