Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

“Superstar” sinifli ilk sərnişin və yük bərəsi istismara hazırdır

Baltikyanı bərə operatoru “Finnlines” yeni gəmisini təhvil alıb. Bu, Çinin “Weihai” gəmiqayırma zavoduna sifariş edilmiş iki Ro-Pax yük-sərnişin gəmisi seriyasından birincisidir.

“Seanews.az”-ın məlumatına görə, “Finnsirius”  gəmisinin təhvil-təslim mərasimi “China Merchants Jinling” tərsanəsində baş tutub.

Bərə bu ilin sentyabrında “Finnlines” şirkətinin idarə etdiyi Finlandiya və İsveç arasındakı Naantali-Longnas-Kapelskar marşrutu ilə yola düşəcək.

 “Superstar” sinifli ilk “RoPax” bərəsinin tikintisinə 2021-ci ilin iyununda start verilib. Bu seriyanın ikinci yük-sərnişin gəmisi “Finncanopus” bu ilin sonuna kimi sifarişçiyə təhvil veriləcək.

Bu gəmilərin yükgötürmə qabiliyyəti təxminən 24%, yük göyərtəsinin tutumu 5,2 min maşın, sərnişin tutumu isə 554 nəfərdən 1,1 min nəfərə qədər artırılıb.

“Finnlines” donanmasının ekoloji cəhətdən təmiz Ro-Pax, Ro-Ro gəmiləri ilə yenilənməsi proqramı şirkətə 500 milyon avroya başa gələcək. Hibrid elektrik stansiyası ilə Ro-Ro yüklərinin daşınması proqramı çərçivəsində inşa edilən üç yeni gəmi 2022-ci ilin yayında fəaliyyətə başlayıb.

“Superstar” seriyasının bərələri “1 A Super” buzqıran sinfinə aiddir. Üzunluğu 235,6 metr, eni  33,3 metr, ümumi tutumu  65,69 min ton, dedveyti 11,98 min ton, sürəti 16,3 ilə 21 düyün arasında, dörd mühərrikin hər birinin gücü 7,2 min kVt,  sərnişin salonlarının sayı 323-dür. Gəmi Finlandiya bayrağı altında üzəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır