Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

"Liberty Harvest" gəmisi atom elektrik stansiyası üçün iri həcmli avadanlıqları Monqla limanına çatdırıb

“Project Cargo Network Bangladesh” şirkətinə daxil olan “Shodesh Shipping & Logistics” şirkəti tikilməkdə olan “Ruppur” atom elektrik stansiyası üçün iri həcmli avadanlıqların Banqladeşə çatdırılmasını başa çatdırıb.

“Seanews.az” xəbər verir ki, Panama bayrağı altında üzən "Liberty Harvest" gəmisi polad konstruksiya hissələri, çənlər və avadanlıqlarla Banqladeşin Monqla dəniz limanına yan alıb.

“Shodesh Shipping & Logistics” tərəfindən görülən işlərə limandan tranzit üçün icazənin alınması, Monqlidən Ruppura daşınma, yerdə boşaldılması və gömrük rəsmiləşdirilməsi daxildir.

Banqladeşdə iki “VVER-1200” reaktoru olan “Ruppur” AES 2015-ci il 25 dekabr tarixli baş müqaviləyə uyğun olaraq Dəkkə şəhərindən 160 km məsafədə Rusiya layihəsinə uyğun olaraq tikilir. Obyektin layihələndirilməsi və tikintisi “Rosatom”-un mühəndislik bölməsi tərəfindən həyata keçirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır