Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

MİLGEM-in sonuncu gəmisi Pakistanda istifadəyə veriləcək

Pakistan MİLGEM Layihəsinin 4-cü gəmisi olan PNS TARİQ avqustun 2-də təntənəli mərasimlə suya buraxılacaq.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, uzunmənzilli təsirli sensorlar və silah sistemləri ilə təchiz edilmiş, aşağı radar kəsiyi və aşağı akustik imzası sayəsində izlənilməsi çətin olan, yüksək etibarlılıq və çəkindirmə qabiliyyətinə malik yeni nəsil korvetlər Pakistan donanmasının gücünü artıracaq.

Suya buraxılış mərasiminin Pakistanın Kəraçi şəhərində keçirilməsi planlaşdırılır.

ASFAT 6 sentyabr 2018-ci ildə Pakistan Müdafiə İstehsalat Nazirliyi ilə imzalanan müqavilə çərçivəsində, Pakistan Hərbi Dəniz Qüvvələrinə 4 ədəd PN MİLGEM korveti sataraq, o dövrdə Türkiyənin müdafiə sənayesində ən böyük tək ixrac layihəsini həyata keçirib.

Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi ilə Pakistan Müdafiə Nazirliyi arasında imzalanan G2G müqaviləsi nəticəsində MİLGEM Corvettes-in ilk ixrac müştərisi Pakistan olub.

Hazırda Türkiyə Hərbi Dəniz Qüvvələrinin inventarında 4 ədəd MİLGEM ADA sinif korveti var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır