Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

MSC gəmilərinin sayını artırır

“Mediterranean Shipping Company” (MSC) 24116 TEU tutumuna malik daha bir konteynerdaşıyan gəmini istismara qəbul edib.

“Seanews.az” xəbər verir ki, “MSC Mette” adlı yeni gəmi Çinin “Jiangnan Shipyard”  zavodunda inşa edilib.

Gəminin uzunluğu 399.9, eni 61.5, bortunun hündürlüyü isə 33.2 metrdir/

Qeyd edək ki, “Jiangnan Shipyard”  zavodunda MSC üçün eyni tipli daha 4 gəmi inşa edilir. Onlarda biri cari ilin sentyabrında təhvil veriləcək.

MSC Çinin digər gəmiqayırma şirkəti  “Hudong Zhonghua”ya daha bir neçə gəmi sifariş verib. Onlardan 5-i artıq təhvil verilib.

Ümumilikdə bu il MSC donanmasının tərkibinə 30 konteynerdaşıyan gəmi əlavə etməyi planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır