Niderland sahillərində alovlara qərq olan “Fremantle Highway” gəmisi 10 gün sonra limana çatdırılıb
Niderland sahillərində yanan “Fremantle Highway” gəmisi 10 gün sonra "Eemshaven" limanına çatdırılıb.
"Seanews.az" xəbər verir ki, gəmi limana Niderland Su idarəsinə aid səkkiz gəminin müşaiyəti ilə gətirilib.
Qeyd edək ki, sözügedən yanğın iyulun 24-də baş verib. Almaniyadan Misirə gedən gəmidə təxminən 25-i elektrik olmaqla, 3 minə yaxın avtomobil olub.
Yanğın zamanı bir nəfər ölüb, 22 ekipaj üzvü yüngül xəsarətlərlə xilas edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır