Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

“Maestro Niyazi” quru yük gəmisi təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına aid “Maestro Niyazi” quru yük gəmisinin təmiri yekunlaşıb.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda gəminin baş və köməkçi mühərrikləri, nasosları, hava kompressorları və digər mexanizmləri təmir olunub. Eyni zamanda, gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb. Gəminin köməkçi buxar qazanı da təmir edilib.

Bundan başqa, quru yük gəmisinin sualtı və suüstü hissələri, baş göyərtəsi, göyərtə mexanizmləri və anbar qapaqları təmizlənərək rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub.

Təmir başa çatdıqdan sonra gəmi müvafiq yoxlanışdan uğurla keçib və yenidən istismara qaytarılıb.

Qeyd edək ki, “Maestro Niyazi” gəmisinin uzunluğu 140,33, eni 16,5 metrdir, yükgötürmə qabiliyyəti isə 5500 tondur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır