İstanbulda gəmidə partlayış olub
Türkiyənin Tuzla Tərsanələr bölgəsində gəminin tullantı anbarında qaz sıxışması nəticəsində partlayış baş verib.
"Seanews.az" xəbər verir ki, partlayışda bir nəfər həyatını itirib, bir nəfər yüngül yaralanıb.
Hazırda hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və AFAD (Afet ve Acil Durum Yönetimi Başkanlığı) qrupları cəlb edilib.
Hadisənin səbəbi ilə bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır