Ceyhan limanı 700-dən çox gəmi qəbul edib
2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin Ceyhan limanı 721 gəmi qəbul edib.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Məlumata görə, qeyd edilən müddət ərzində Türkiyənin Ceyhan limanı Türkiyə bayrağı altında üzən 62, digər ölkələrin bayraqları altında üzən 659 gəmi qəbul edib.
Qeyd edək ki, bu ilin iyul ayında Türkiyə limanları 5 min 606 gəmi qəbul edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır