Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

"Taxıl sazişi"nin dayandırılmasından sonra ilk gəmi Odessadan çıxıb

İyulun 16-da Rusiyanın müqavilədən çıxması ilə Qara Dəniz "Taxıl sazişi"nin fəaliyyətinin dayandırılmasından bəri ilk gəmi Odessa limanını tərk edib.

APA xəbər verir ki bunu Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov "Twitter" hesabında bildirib.

"Joseph Schulte (Honq-Konq bayrağı altında üzən) konteyner gəmisi Ukraynanın Qara dənizdəki limanlarına mülki gəmilərin gəlməsi üçün yaradılmış dəhlizlə hərəkət edir. Bu nəqliyyat dəhlizi ilk növbədə Rusiyanın tam miqyaslı işğalı zamanı Ukrayna limanlarında olan gəmilərin evakuasiyası üçün istifadə olunacaq" - ukraynalı nazir qeyd edib.

Onun sözlərinə görə ötən ilin fevralından Odessa limanında olan konteyner gəmisi 30 min tondan çox yük daşıyır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır