Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“Wuhu Shipyard” və  “Rfocean”  metanol yanacağı ilə işləyən dörd iki yanacaqlı tankerin tikintisinə dair müqavilə imzalayıb

Çinin “Wuhu Shipyard”  gəmiqayırma zavodu Londonda yerləşən dəniz investisiya və kommersiya idarəetmə şirkəti “Rfocean” ilə metanol yanacağı ilə işləyən dörd iki yanacaqlı kimyəvi tanker tikmək üçün müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, 6600 tonluq gəmi seriyası əvvəllər “Wuhu” tərəfindən “Dingheng Group” üçün tikilmiş elektriklə işləyən kimyəvi tankerlərin təkmilləşdirilmiş növüdür. Metanol, dizel və DC mühərriklərinin birgə gücünə üstünlük verilən tankerlərdə elektrik mühərriki əhəmiyyətli təkmilləşdirmələrə məruz qalıb.

Hər birinin dəyəri təxminən 20 milyon dollar qiymətləndirilən gəmilərin 2025-2026-cı illərdə sifarişçiyə təhvil verilməsi nəzərdə tutulub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır