Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Dünyanın metanolla işləyən ikinci konteyner gəmisi suya salınıb - VİDEO

Çinin “Yangzhou New Dayang Shipbuilding Company” tərsanəsində dünyada metanolla işləyə bilən ikinci konteyner gəmisi suya buraxılıb.

“Seanews.az”xəbər verir ki, "Eco Maestro" adlı gəmi Sinqapurda yerləşən “X-Press Feeders” gəmiçilik şirkəti üçün tikilir. 2024-cü ilin ikinci rübündə hazır olacaq gəmi Şimali Avropada “X-Press Feeders” marşrutlarında istismar ediləcək.

Konteyner gəmisi Almaniyanın “TECHNOLOG Services” şirkəti tərəfindən layihələndirilib. 950 TEU-luq gəminin uzunluğu 148 metr, eni  25 metr, sürəti  14 düyündür.

Bu, “X-Press Feeders” tərəfindən sifariş edilən 14 konteyner gəmisindən birincisidir. Onlar ilk dəfə metanol üçün hazırlanmış iki yanacaqlı “MAN” mühərrikləri ilə təchiz olunacaqlar.

Bu yaxınlarda “Maersk” tərəfindən istismara verilən və adı gizli saxlanılan dünyanın ilk metanolla işləyən konteyner gəmisi kimi, “Eco Maestro” da ətraf mühiti qorumağa çağırır və göyərtəsinə "The Greener Feeder Carriers of Choice" yazılıb.

“Bir müddət əvvəl “X-Press Feeders” 2024-cü ildən metanol tədarükü üçün “OCI Global” ilə müqavilə imzalayıb. Bu məqsədlə “OCI Global”, “Unibarge” ilə əməkdaşlıq edərək Rotterdam limanında fəaliyyət göstərəcək bunker gəmisini modernləşdirir.

“DNV”-nin “Maritime Executive”-yə istinadən verdiyi məlumata görə, hazırda metanolla işləyə bilən 142 konteyner gəmisi sifariş olunub. Onların hamısı 2028-ci ilə qədər tikilib təhvil verilməlidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır