Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Sərt yelkənlərlə təchiz edilmiş gəmi yeni texnologiyanı sınaqdan keçirmək üçün ilk səfərinə çıxıb

“WindWings” sərt yelkənləri ilə təchiz edilmiş “Pyxis Ocean” gəmisi  bu texnologiyanı sınaqdan keçirmək üçün ilk səfərinə çıxıb.

“Seanews.az” xəbər verir ki, bu barədə gəmini icarəyə götürən “Cargill” şirkəti məlumat yayıb.

“Mitsubishi Corporation” tərsanəsində tikilən “Pyxis Ocean” hündürlüyü 37,5 metrədək olan “WindWings” iki sərt qanadlı yelkənlər sistemi ilə təchiz edilmiş ilk gəmidir. Bu sistem Norveçin “Yara Marine Technologies” şirkəti tərəfindən istehsal edilmişdir.

Mütəxəssislərin fikrincə, “WindWings” balkerlərə, tankerlərə və digər iri yük gəmilərinə külək enerjisindən istifadə etmək və gəminin marşrutunu optimallaşdırmaqla yanacaq xərclərini 30% azaltmağa imkan verəcək. Bundan əlavə, texnologiya yük gəmilərinin emissiyalarını ən azı 30% azaldacaq.

Güman edilir ki, hündürlüyü 45 metrədək olan şaquli sərt yelkənlər yük gəmilərində quraşdırıla bilər. “Pyxis Ocean” gəmisində yelkənlərin quraşdırılması işi Çinin “COSCO” gəmiqayırma zavodunda həyata keçirilib. “BAR Technologies” və “Yara Marine Technologies” 4 il ərzində yüzlərlə belə sərt yelkən istehsal etməyi planlaşdırır. Təkmilləşdirilmiş hidrodinamik formaları olan yeni konstruksiyalar da hazırlanır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır