Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“Taizhou Maple Leaf Ship Industry Co., Ltd”-nin inşa etdiyi avtonom gəmi sertifikatlaşdırılıb

Çin gəmi istehsalçısı “Taizhou Maple Leaf Ship Industry Co., Ltd” tərəfindən inşa edilən pilotsuz və avtonom üzəcək “Çji Kun” gəmisi Çin Təsnifat Cəmiyyəti (“CCS”) tərəfindən sertifikatlaşdırılıb.

“Seanews.az”  xəbər verir ki, uzunluğu 19,90 metr, eni 5,5 metr olan “Çji Kun” Təsnifat Cəmiyyətinin Pilotsuz yerüstü vasitələrin təftişi üzrə Təlimatlarına uyğun olaraq inşa edilmiş ən böyük avtonom gəmidir. Hündürlüyü 2,4 metr, suyaoturumu 0,9 metr, sürəti isə 15 düyündür.

Katamaran konstruksiyasına malik “Çji Kun” tam fırlanan pərvanələr və iki DC generatoru olan elektrik hərəkət sistemi ilə təchiz edilmişdir. Elektrik stansiyasına VRK, batareyalar, uzaqdan idarəetmə və avtonom yanalma sistemi olan elektrik mühərriki daxildir.

Gəmi gövdə quruluşu, enerji təchizatı, ətraf mühitin qəbulu, naviqasiya və yerləşdirmə, marşruta nəzarət (maneələrdən yayınma), rabitə və sahil nəzarəti sistemləri daxil olmaqla yeddi alt sistemdən ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır